Bakı. Trend:
Bu il dövlət büdcəsinin xərcləri 40,7 milyard manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,7 faiz azdır.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 faizi həcmində və ya 24,3 milyard manat (təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat vəya 1,6 faiz az), əsaslı xərclərə ümumi xərclərin 34,3 faizi həcmində və ya 13,9 milyard manat (təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,9 faizi həcmində və ya 2,4 milyard manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
Müvafiq olaraq dövlət büdcəsinin tərkibindəcari xərclərin xüsusi çəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisi 0,1 faiz-bənd azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,1 faiz-bənd artması gözlənilir. 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2.4 milyard manat məbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1.4 milyard manat, daxili dövlət borcu üzrə isə 958,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Gözlənilən 2025-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4,751 milyard manata qarşı 4,704 milyard manat və ya 47,5 milyon manat (1,0 faiz) az, ətraf mühitin mühafizəsi xərcləri təsdiq olunmuş 414.2 milyon manata qarşı 410.1 milyon manat və ya 4,1 milyon manat (1,0 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 621.8 milyon manata qarşı 615.6 milyon manat vəya 6,2 milyon manat (1,0 faiz), iqtisadi fəaliyyət (dövlət əsaslı və sait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası vədigər xərclər) xərcləri təsdiq olunmuş 8,377 milyard manata qarşı 8,210 milyard manat və ya 167,6 milyon manat (2,0faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 8,396 milyard manata qarşı 8,245 milyard manat və ya 151,1 milyon manat (1,8 faiz),məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 3,192 milyard manata qarşı 3,144 milyard manat və ya 47,9 milyon manat (1,5 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1,203 milyard manata qarşı 1,179 milyard manat və ya 24,1 milyon manat (2,0 faiz), təhsil xərcləri təsdiq olunmuş 4,937 milyard manata qarşı 4,838 milyard manat vəya 98,7 milyon manat (2,0 faiz), ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 5,261 milyard manata qarşı 5,179 milyard manat və ya 81,8 milyon manat (1,6 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1,993 milyard manata qarşı 1,969 milyard manat və ya 23,9 milyon manat (1,2 faiz), mənzil və kommunal təsərrüfatı xərcləri təsdiq olunmuş 369,9 milyon manata qarşı 361,4 milyon manat və ya 8,5 milyon manat (2,3 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrəxərclər isətəsdiq olunmuş 1,887 milyard manata qarşı 1,829 milyard manat və ya 58,5 milyon manat (3,1 faiz) az olacağı proqnozlaşdırılır.