...

Quba-Xınalıq yolunda yeni körpünün inşası yekunlaşmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2025 15:51 (UTC +04:00)
Quba-Xınalıq yolunda yeni körpünün inşası yekunlaşmaq üzrədir (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası son mərhələdə olmaqla davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yeni körpünün tikintisi işlərinə başlanılıb.

Qeyd edilib ki, yeni körpü 12 metr uzunluğunda, 9 metr enində və 1 aşırımlı olmaqla inşa edilib. Körpünün hər iki tərəfində piyada keçidi və istinad divarı tikilib. Hazırda körpü yanaşmalarının bərkidilməsi işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur. İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti