...

SOCAR-ın prezidenti “Arthur D. Little" şirkətinin qlobal rəhbəri ilə görüşüb

İqtisadiyyat Materials 19 Avqust 2025 17:32 (UTC +04:00)
SOCAR-ın prezidenti “Arthur D. Little" şirkətinin qlobal rəhbəri ilə görüşüb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf “Arthur D. Little" şirkətinin partnyoru, enerji, kommunal xidmətlər və resurslar üzrə qlobal rəhbəri Mikael Kruse ilə görüşüb.

Bu barədə Trend SOCAR-a istinafən xəbər verir.

Qeyd olunub ki, görüşdə SOCAR-ın enerji sektoru üzrə çoxşaxəli fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Enerji sənayesində innovativ idarəetmə modelləri, əməliyyatların optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması sahəsində müxtəlif təcrübələr nəzərdən keçirilib.

"Söhbət zamanı tərəflər enerji keçidi, rəqəmsallaşma, sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar",-məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti