...

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

Cəmiyyət Materials 19 Avqust 2025 16:53 (UTC +04:00)
Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

"Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.
Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti