Bakı. Trend:
Estoniya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Rusiyaya səfərdən tamamilə çəkinməyi tövsiyə edir.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Rusiyada müvəqqəti olan Estoniya vətəndaşlarına ölkədə qalmağın zəruriliyini diqqətlə ölçüb-biçmək tövsiyə olunur.
Qeyd edilir ki, Estoniyanın Rusiyadakı yeganə nümayəndəliyi Moskvada yerləşir və digər Aİ ölkələrinin oradakı diplomatik missiyalarının sayı da əhəmiyyətli dərəcədə azalıb.