...

İngiltərənin ən böyük gölündə təhlükəli bakteriyalar tapılıb

Dünya xəbərləri Materials 19 Avqust 2025 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin ən böyük gölü olan Vindermerdə narahatedici çirklənmə səviyyəsi ortaya çıxıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, iki il yarım davam edən tədqiqat başa çatıb.

Araşdırma 350 könüllünün iştirakı ilə həyata keçirilib. Tədqiqat nəticəsində ciddi faktlar üzə çıxıb.

Sudan götürülən nümunələrdə zərərli bakteriyalar və normadan artıq fosfor miqdarı aşkarlanıb.

Bundan əlavə, göldə çirklənmə mənbələri də müəyyən edilib. Araşdırma zamanı bir sıra çirklənmə ocaqlarının mövcudluğu qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti