Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 4,9 milyard ABŞ dolları dəyərində 9 min ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,7 milyard ABŞ dolları və ya 2,2 dəfə çox, həcm ifadəsində isə 62,3 min ton və ya 7,9 dəfə azdır.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 221,2 milyon ABŞ dolları dəyərində 1,6 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 41,8 milyon ABŞ dolları və ya 23,3% çox, həcm ifadəsində isə 62,3 min ton və ya 40,9 dəfə azalma deməkdir.
Eyni zamanda, dövr ərzində hava nəqliyyatı vasitəsilə Azərbaycana 4,7 milyard ABŞ dolları dəyərində 7,4 min ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 7 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 2,6 milyard ABŞ dolları və ya 2,3 dəfə, həcm baxımıdan isə 24 ton və ya 0,3% çoxdur.