Bakı. Trend:
"Vilyarreal" "Çelsi"nin müdafiəçisi Renato Veyqanı transfer etmək istəyir.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
La Liqa təmsilçisi portuqaliyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
London klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 35 milyon avro təzminat tələb edir. Klublar arasında danışıqlar davam edir.