Bakı. Trend:
ABŞ Rusiya ilə Ukrayna üçün qəbul edilə biləcək təhlükəsizlik təminatlarını müzakirə edəcək.
Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə verdiyi açıqlamada deyib.
Kiyevə təhlükəsizlik zəmanətləri ilə bağlı sualı cavablandıran Levitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp bu mövzunu həm Rusiya, həm də Ukrayna tərəfi ilə müzakirə edir. Onun sözlərinə görə, Prezident komandaya uzunmüddətli sülhü təmin etmək və münaqişəni yekunlaşdırmaq məqsədilə məqbul təhlükəsizlik zəmanətləri layihəsinin hazırlanması barədə göstəriş verib.