...

İspaniyada istilər nəticəsində 2600-dən çox insan ölüb

Dünya xəbərləri Materials 20 Avqust 2025 07:37 (UTC +04:00)
İspaniyada istilər nəticəsində 2600-dən çox insan ölüb

Bakı. Trend:

İspaniyada istilər 2600-dən çox insanın həyatına son qoyub.

Trend xəbər verir ki, mayın 15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635 vaxtından əvvəl ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.

Ölüm hadisələrinin təxminən yarısı – 1149 nəfər – avqustun 3-dən 18-dək davam edən isti günlərdə baş verib.

Məlumata görə, istilərdən dünyasını dəyişənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Ölənlərdən 1579 nəfəri qadın, 1056 nəfəri isə kişidir.

Xəbər lenti

Xəbər lenti