...

Qobustanda çayda torpaq qatı qopdu - Bir nəfər öldü, bir nəfər xəsarət aldı

Hadisə Materials 20 Avqust 2025 10:13 (UTC +04:00)
Qobustanda çayda torpaq qatı qopdu - Bir nəfər öldü, bir nəfər xəsarət aldı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Qobustanda balıq tutan zaman torpaq qatının qopması zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Trend xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Belə ki, radələrində 1987-ci il təvəllüdlü R.Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü N.Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti