...

Bu il qatarlar 27 dəfə sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə toqquşub - ADY

Cəmiyyət Materials 20 Avqust 2025 10:40 (UTC +04:00)
Bu il qatarlar 27 dəfə sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə toqquşub - ADY
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 7 ayı ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da sərnişinlərin həyatına risk yaradır:

“Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraq cərimələnir.ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafına çəkdiyi hasarlar bəzən bu cür məsuliyyətsiz davranışları “hasarlaya" bilmir.

“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən

- mal-qaranı dəmiryol xətlərindən xüsusi ayrılmış yerlərdən kənarda, günün qaranlıq vaxtında, məhdud görünmə şəraitində keçirmək qadağandır,

- sürü mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçün dəstələrə bölünməlidir”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti