...

Abşeronda yanğın törədən şəxs müəyyən edilib

Hadisə Materials 20 Avqust 2025 10:41 (UTC +04:00)
Abşeronda yanğın törədən şəxs müəyyən edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində quru ot və kol-kos yanıb.

Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti