Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
Trend xəbər verir ki, son oyun günündə dörd görüş keçiriləcək.
Belə ki, "Bazel" "Kopenhagen"i, "Budyo Qlimt" "Ştrum Qraz"ı, "Seltik" "Kayrat"ı, "Fənərbağça" isə "Benfika"nı qəbul edəcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
20 avqust
UEFA Çempionlar Liqası
Pley-off
Saat 23:00, "Bazel" - "Kopenhagen";
Saat 23:00, "Budyo Qlimt" - "Ştrum Qraz";
Saat 23:00, "Seltik" - "Kayrat";
Saat 23:00, "Fənərbağça" - "Benfika".