...

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)

Hadisə Materials 20 Avqust 2025 11:27 (UTC +04:00)
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

- obyektdə quraşdırılan avtomatik yanğınsöndürmə sistemləri (sprinkler) daimi su mənbəyi ilə təmin olunmayıb;

- obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;

- istehsalat və anbar sahələrində yanar materialdan istifadə edilərək otaqlar quraşdırılıb;

- anbar sahəsində mallar “Yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- obyektin tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti