Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən bugünədək 220 "Startap" şəhadətnaməsi verilib.
Trend xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat günündə deyib.
O bildirib ki, həmin şəhadətnamələr verilən zaman tam ədalətli və şəffaf şəkildə onların qiymətləndirilməsi aparılır:
"Bununla yanaşı, indiyədək KOBİA tərəfindən sahibkarların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələri 2,2 milyon manat həcmində maliyyələşdirilib. Bunların 20-dən çoxu rəqəmsallaşma ilə bağlıdır".
"Hazırda dünyada 150 milyondan çox startapın fəaliyyət göstərməsinə, eləcə də təkcə 2025-ci ilin 1-ci rübündə məhz startaplara yatırılan investisiyaların 113 milyard dollar həcminə baxsaq, görərik ki, hazırda bütün dünya bu istiqamətə nə dərəcədə önəm verir. 2025-ci ilin ilk yarısında süni intelekt startapları dünya üzrə bütün vençur kapitalı üzrə sərmayələrin 53%-ni əldə edib", - deyə S. Hümmətov qeyd edib.