Bakı. Trend:
İrandan deportasiya olunan Əfqanıstan vətəndaşlarını daşıyan avtobus Herat vilayətində qəza nəticəsində yanıb.
Trend-in İran KİV-ə istinadən xəbərinə görə, bu barədə Əfqanıstanın vilayət üzrə sözçüsü Əhmədulla Mottəqi açıqlama verib.
Onun sözlərinə görə, qəza avtobusun yük maşını və motosikletlə toqquşması nəticəsində baş verib. Hadisədə 76 nəfər, o cümlədən 17 uşaq ölüb.
Hadisəyə səbəbin avtobusu sürücüsünün diqqətsizliyi nəticəsində baş verdiyi qeyd olunur.
Qeyd edək ki, 21 mart 2025-dən bəri İrandan 1,2 milyon Əfqanıstan vətəndaşı çıxarılıb. 20 mart 2026-dək ölkədən 2 milyon Əfqanıstan vətəndaşının çıxarılacağı gözlənilir.