...

Xaçmazın Ləcət kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2025 12:11 (UTC +04:00)
Xaçmazın Ləcət kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Ləcət kəndində növbəti səyyar qəbulunu keçirib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz rayon İcra Hakimiyyəti məlumat yayıb.

Qeyd edilib ki, Qəbulda Ləcət İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ləcət, Moruqoba və Tağaroba kənd sakinlərinin müraciət və təklifləri dinlənilib.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bir neçə məsələnin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, yolların təmiri və torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti