...

Leyla Abdullayeva Fransanın Bakıdakı yeni səfirini təbrik edib (FOTO)

Siyasət Materials 20 Avqust 2025 13:05 (UTC +04:00)
Leyla Abdullayeva Fransanın Bakıdakı yeni səfirini təbrik edib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laqutu Fransanın Azərbaycandakı yeni səfiri postuna təyin olunması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, L.Abdullayeva bu barədə “X” hesabında paylaşım edib.

"Hörmətli həmkarım, sizi səmimi təbrik edirəm. Ümid edirəm ki, bizim birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək", - deyə diplomat qeyd edib.

Sofi Laqut da məsələ ilə bağlı paylaşım edib.

“Azərbaycanda səfir kimi Fransanı, maraqlarımızı və soydaşlarımızı təmsil etmək mənim üçün böyük şərəfdir. Mən Ann Bolyonun işini davam etdirmək və Fransanın Azərbaycandakı səfirliyinin komandası ilə birlikdə Fransa-Azərbaycan münasibətlərini fəal şəkildə inkişaf etdirmək niyyətindəyəm. Ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edən bu regionda”, - diplomat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti