...

Əfqanıstanda zəncirvari yol qəzası olub - Ölənlər var

Dünya xəbərləri Materials 20 Avqust 2025 01:26 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Herat vilayətində baş verən zəncirvari yol qəzası nəticəsində azı 71 nəfərin öldüyü bildirilib.

Trend xəbər verir ki, bu barədə əyalət administrasiyasının nümayəndəsi Əhmədullah Müttəqiyə istinadən "Reuters" məlumat yayıb.

Müttəqinin sözlərinə əsasən, avtobus, motosiklet və yük maşınının toqquşması nəticəsində həyatını itirənlər arasında 17 uşaq da var. Müttəqi həmçinin qeyd edib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti