...

Naxçıvana 4,9 milyon manatlıq yeni elektrik mühərrikli avtobuslar gətiriləcək

İqtisadiyyat Materials 20 Avqust 2025 09:00 (UTC +04:00)
.
Naxçıvana 4,9 milyon manatlıq yeni elektrik mühərrikli avtobuslar gətiriləcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yeni elektriklə işləyən avtobuslar sifariş edəcək.

Trend-in məlumatına görə, 20-25 nəfər üçün nəzərdə tutulan sözügedən nəqliyyat vasitəsindən ümumilikdə 20 ədəd alınması planlaşdırılıb.

Nəqliyyat vasitələrinin 2024-2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir.

Belə ki, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Eyni zamanda agentlik avtobusların satınalınmasının 4,9 milyon manata başa gələcəyini proqonozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti