...

Böyük Britaniyada minlərlə fəal Maskın enerji bazarına daxil olmaq niyyətinə qarşı çıxıblar

Dünya xəbərləri Materials 20 Avqust 2025 08:06 (UTC +04:00)
Böyük Britaniyada minlərlə fəal Maskın enerji bazarına daxil olmaq niyyətinə qarşı çıxıblar

Bakı. Trend:

Böyük Britaniyada minlərlə fəal amerikalı milyarder İlon Maskın Böyük Britaniyanın enerji bazarına daxil olmaq niyyətinə qarşı kampaniya başladıb.

Trend “Telegraph”a istinadla xəbər verir ki, onlar ölkənin enerji tənzimləyicisi “Ofgem”i İlon Maskın planlarını bloklamağa çağırıblar.

“Best for Britain” adlı kampaniya qrupu artıq 8 mindən çox etiraz məktubu toplayıb. Məktublarda Maskın enerji üzərində nəzarətini artırmasına imkan verilməməsi tələb olunur. Etirazlar “Tesla” şirkətinin yaxın aylarda Böyük Britaniyada öz elektrik təchizatçısını istifadəyə vermək planlarına cavab olaraq ortaya çıxıb. Bu, “Octopus Energy” və “British Gas” kimi mövcud enerji şirkətləri ilə rəqabət yaradacaq.

“Tesla”nın Britaniya evlərinə elektrik satmaq planları ilk dəfə bu ayın əvvəlində dərc olunmuşdu. Məlumata görə, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Ofgem”ə elektrik təchizatı lisenziyası üçün müraciət edib.

Xəbər lenti

Xəbər lenti