...

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Cəmiyyət Materials 20 Avqust 2025 11:23 (UTC +04:00)
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “NOMAD AVIATION AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportudan Trend-ə bildirilib ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti