...

Dəmir yolunda kran-drezinlə toqquşan avtomobilin sürücüsü xəstəxanada vəfat edib

Hadisə Materials 20 Avqust 2025 10:07 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Dəmir yolunda kran-drezinlə toqquşan avtomobilin sürücüsü xəstəxanada vəfat edib.

Trend xəbər verir ki, hadisə Yevlax-Bərdə dəmir yolu xəttinin 22-ci kilometrliyində baş verib.

Belə ki, 12.08.2025-ci ildə 12:35 1971-ci il təvəllüdlü F. Quliyev idarə etdiyi “Mecane” markalı avtomobillə Yevlax-Bərdə dəmir yolu xəttinin 22-ci kilometrliyi piket 8-də dəmir yolu xəttinin üzərində kran-drezinlə toqquşaraq Bərdə şəhər diaqnostika mərkəzinə yerləşdirilib.

Yaralı 19.08.2025-ci il tarixdə aldığı xəsarətlərdən həmin Mərkəzdə ölüb.

Faktla bağlı Yevlax stansiyası xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti