...

ABŞ-nin Avropaya satdığı silahların Ukraynaya 10% daha baha qiymətə verildiyi açıqlanıb

Dünya xəbərləri Materials 20 Avqust 2025 07:04 (UTC +04:00)
ABŞ-nin Avropaya satdığı silahların Ukraynaya 10% daha baha qiymətə verildiyi açıqlanıb

Bakı. Trend:

ABŞ-nin Avropa ölkələrinə satdığı silahların Ukraynaya 10% daha baha qiymətə verildiyi bildirilir.

Trend xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, prezident Donald Tramp hazırda bu məsələdə kifayət qədər diqqətlidir:
“Biz silahları avropalılara satırıq, onlar isə həmin silahları ukraynalılara ötürürlər. Prezident Tramp isə silahların üzərinə 10% əlavə edir. Ola bilsin ki, bu, hava hücumundan müdafiə xərclərinin bir hissəsini qarşılamaq üçündür”.

Xəbər lenti

Xəbər lenti