Bakı. Trend:
Elektrik enerjisinin çatışmazlığı 23 avqustda İranın 31 vilayətindən 22 vilayətində qeyri-iş gününün elan olunması ilə nəticələnib.
Bu barədə Trend İran mediasına istinadən məlumat verib.
Məlumata görə, isti hava şəraiti və elektrik enerjisinin çatışmazlığı vilayətlərdə belə bir qərarın verilməsinə səbəb olub.
Bildirilir ki, qeyd olunan tarixdə sadəcə fövqəladə hallarla əlaqədar aidiyyəti qurumlar fəaliyyət göstərəcək.
Qeyd edək ki, İranda elektrik enerjisi istehsalı potensialı 93 min meqavatdan çoxdur. 18 avqustda ölkədə elektrik istehlakı 74 min meqavatdan çox təşkil edib. Elektrik istehlakının yüksək səviyyədə olduğuna görə, ölkədə elektrik müəyyən fasilələrlə verilir.