Bakı.Trend:
1961-ci ildə dünyaya gələn şəxsə 64 il sonra doğum haqqında şəhadətnamə verilib.
Trend-in məlumatına görə, bununla bağlı Ağcabədi rayon Məhkəməsi qərar verib.
Belə ki, ərizəçi məhkəməyə müraciət edərək 1961-ci tarixdə Xocavənd rayonu, Qurapatkin kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.
Ərizəçi qeyd edib ki, şəxsiyyət vəsiqəsi olsa da, valideynləri ona doğum haqqında şəhadətnamə almayıblar. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır.
O, məhkəməyə iddia ərizəsinin dəqiqləşdirlməsi barədə ərizə göndərərək, doğulduğu yeri Ağcabədi rayonunun Üzeyirkənd kəndi kimi yazılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə ərizəçinin 1961-ci tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində doğulması faktı müəyyən edilib. Doğum haqqında şəhadətnamənin verilməsi maraqlı şəxsə həvalə edilib.