...

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb

İdman Materials 20 Avqust 2025 12:37 (UTC +04:00)
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

Trend xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində dünən Macarıstanda "Ferensvaroş" üzərindəki qələbəsi (3:1) sayəsində mümkün olub. Bu qələbə reytinqə daha 0,250 əmsal əlavə edib.

Beləliklə, hazırda Azərbaycan UEFA reytinqində əvvəlkitək 28-ci yerdə olmaqla əmsalını 19,500-ə çatdırıb. Son 5 mövsümün nəticələrinə əsasən hazırlanan siyahıda 27-ci yeri 19,725 əmsalla Ukrayna tutur. Azərbaycandan bir pillə geridə - 29-cu pillədə olan Bolqarıstanın isə 18,375 əmsalı var.

Qeyd edək ki, təsnifat mərhələlərində 1 qələbəyə 1, heç-heçəyə isə 0,500 əmsal verilir. Bu isə bir ölkənin iştirakçıları arasında bölünür (Azərbaycan üçün əmsal 4 yerə bölünür).

Xəbər lenti

Xəbər lenti