...

Məmməd İsmayıl Tovuzda dəfn olunub

Mədəniyyət Materials 20 Avqust 2025 15:05 (UTC +04:00)
Məmməd İsmayıl Tovuzda dəfn olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Şair Məmməd İsmayıl Tovuz rayonunda dəfn olunub.

Trend xəbər verir ki, Əsrik Cırdaxan kəndindəki evində vida mərasimindən sonra Məmməd İsmayılın nəşi kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan SSR-in Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gəlib. 1957-ci ildə Əsrik Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı alıb

Son illərdə Məmməd İsmayılın səhhətindəki problem daha da kəskinləşib. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun 19-da orada vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti