...

Azərbaycanın xarici ticarətində dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlandı

İqtisadiyyat Materials 20 Avqust 2025 14:22 (UTC +04:00)
Azərbaycanın xarici ticarətində dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana məhsul idxalının həcmi 13,6 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, idxalda dövlət sektoru 4,9 milyard dollar, özəl sektor 7,5 milyard dollar, fiziki şəxslər isə 1,2 milyard dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 1,9 dəfə, 6,5% və 9,9% artıb.

Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 35,67%, özəl sektorun 55,46%, fiziki şəxslərin isə idxalda payı 8,87%-ə bərabər olub.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan məhsul ixracının dəyəri 15,2 milyard ABŞ dolları olub.

Məlumata görə, ixracda dövlət sektoru 6,8 milyard dollar, özəl sektor 8,4 milyard dollar, fiziki şəxslər isə 66,2 milyon dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 6,6%, 4,3% və 17,9% azalıb.

Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 44,47%, özəl sektorun 55,10%, fiziki şəxslərin isə idxalda payı 0,43%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti