...

Vəkillər Kollegiyası tərəfindən 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib

Cəmiyyət Materials 20 Avqust 2025 14:17 (UTC +04:00)
Vəkillər Kollegiyası tərəfindən 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il avqustun 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, iclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Sonra iclasın gündəliyinə uyğun olaraq “Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə” statistik hesabatın vahid formasına baxılıb və müvafiq qərar qəbul edilib.

Qeyd edilib ki, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub, eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

Məlumatda bildirilib ki, sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti