Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 12,7 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117,9 milyon kVt-saat və ya 0,9% çoxdur.
Eyni zamanda, hesabat dövründə istilik elektrik stansiyalarının istehsalı üzrə tullantıların yandırılmasından alınan elektrik enerjisinin həcmi isə 132,1 milyon kVt-saat təşkil edib. Bu isə 2024-cü ilin ilk yeddi ayındakı göstərici ilə müqayisədə 0,9 milyon kVt-saat və ya 0,7% azalma deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyul aylarında 1995,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 370,9 milyon manat təşkil edib.