Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 102,4 min ton polad boru istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42 min ton və ya 1,7 dəfə çoxdur.
Bu ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,5 min ton təşkil edib.
Qeyd edək ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 705,5 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 10,4%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12% azalma müşahidə olunub.