...

Sabah yağış yağacaq, şimşək çaxacaq

Cəmiyyət Materials 20 Avqust 2025 12:40 (UTC +04:00)
Sabah yağış yağacaq, şimşək çaxacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.

Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə +22 dərəcədən +27 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti