Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 7,7 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 659,016 milyon ABŞ dolları və ya 9,3%, həcm ifadəsində isə 326,3 min ton və ya 9,9% çoxdur.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 1,4 milyard ABŞ dolları dəyərində 1,5 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 315,3 milyon ABŞ dolları və ya 28%, həcm ifadəsində isə 276,6 min ton və ya 21,9% artım deməkdir.
Eyni zamanda, dövr ərzində avtomobil nəqliyyatı vasitəsilə Azərbaycana 6,3 milyard ABŞ dolları dəyərində 2,1 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 7 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 343,7 milyon ABŞ dolları və ya 5,8%, həcm baxımıdan isə 49,8 min ton və ya 2,4% çoxdur.