Bakı. Trend:
Futbol üzrə Azərbaycan II Liqasında yeni mövsümün püşkü atılıb.
Trend xəbər verir ki, I turda qarşılaşacaq komandalar bəlli olub.
“Göygöl” – “Araz Saatlı”
“Kür-Araz” – “Ağdaş”
“Şirvan” – “Şəmkir”
“Dinamo” – “Xankəndi”
“Hypers Quba” – “Qaradağ Lökbatan”
“Ağstafa Gəncləri” – “Sheki City”
Ölkə çempionatı sentyabrın 6-da start götürəcək. Turnir 12 komandanın iştirakı ilə 2 dövrəli sistemlə keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm II Liqanın qalibi adını "Şahdağ Qusar" komandası qazanmışdı.