...

Azərbaycan alüminium idxalına xərcini artırıb, ixracına isə azaldıb

İqtisadiyyat Materials 20 Avqust 2025 16:49 (UTC +04:00)
Azərbaycan alüminium idxalına xərcini artırıb, ixracına isə azaldıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 130,4 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,7 milyon ABŞ dolları və ya 36,2% artıb.

Hesabat dövründə İdxal olunan alüminium və ondan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 0,96% təşkil edib.

Eyni zamanda 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan 118,5 milyon ABŞ dolları dəyərində 41,8 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 332 min ABŞ dolları və ya 0,3%, həcm baxımından isə 2,7 min ton və yaxud 6,1% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti