...

UEFA Çempionlar Liqası: "Fənərbağça" doğma meydanda "Benfika" ilə heç-heçə edib

İdman Materials 21 Avqust 2025 01:31 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Fənərbağça" doğma meydanda "Benfika" ilə heç-heçə edib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçlara yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə dörd qarşılaşma keçirilib.

Türkiyənin "Fənərbağça" klubu İstanbulda Portuqaliya nəhəngi "Benfika"nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb. Eyni hesab "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) matçında da qeydə alınıb. Danimarka "Kopenhagen"i İsveçrədə "Bazel"lə 1:1 hesablı heç-heçə edib, Avstriyanın "Şturm" kollektivi isə Norveçdə "Bude/Qlimt"ə 5 cavabsız qolla uduzub.

Xəbər lenti

Xəbər lenti