Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağının inzibati mərkəzini ələ keçirmək üçün hərbi əməliyyatın başlaması fonunda vasitəçiləri İsrail rəhbərliyinə maksimum təzyiq göstərməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə "HƏMAS" "Telegram" kanalında yazıb.
"Biz vasitəçiləri İsraili Fələstin xalqına qarşı qırğın müharibəsini dayandırmağa məcbur etmək üçün ona maksimum təzyiq göstərməyə çağırırıq", - deyə bildirilib.
HƏMAS vurğulayıb ki, İsrail rəhbərliyinin əməliyyata başlamaq qərarı Qəzza atəşkəs danışıqlarında "vasitəçilərin göstərdiyi bütün səylərə məhəl qoymadığını" nümayiş etdirir.