...

Gürcüstanda iki zəlzələ baş verib

Dünya xəbərləri Materials 20 Avqust 2025 22:35 (UTC +04:00)
Gürcüstanda iki zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda eyni yerdə yarım saatdan az fərqlə iki zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi xəbər verib.

Məlumata əsasən, 3,8 bal gücündə ilk yeraltı təkanlar yerli vaxtla saat 18:13-də ölkənin Senaki şəhərindən 9 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.

Eyni yerdə saat 18:39-da 3,7 bal gücündə ikinci zəlzələ baş verib, ocağı 4 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti