...

ABŞ Suriyada İŞİD-in mümkün gələcək liderini zərərsizləşdirib

Dünya xəbərləri Materials 21 Avqust 2025 02:37 (UTC +04:00)

Bakı. Trend:

ABŞ qüvvələri avqustun 20-də Suriyanın şimalında keçirdiyi reyd zamanı ölkənin növbəti lideri olmağa hazırlaşdığı İŞİD qruplaşmasının yüksək səviyyəli üzvünü zərərsizləşdiriblər.

Trend-in məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı Amerika rəsmisinə istinadən xəbər verib.

Əməliyyat “uğurlu” kimi qiymətləndirilib. Əməliyyatda İŞİD-in daha bir əsas şəxsu də öldürülüb. Mənbənin sözlərinə görə, hər iki şəxs Suriya və İraqda fəal şəkildə terror aktları planlaşdırıblar.

Qeyd edilib ki, öldürülən silahlı şəxs “Suriyada İŞİD lideri” roluna güclü namizəd olub və ABŞ qüvvələri, koalisiya və Suriyanın yeni hökuməti üçün birbaşa təhlükə yarada bilərdi.

Xəbər lenti

Xəbər lenti