...

"Yuventus"un futbolçusu İngiltərəyə qayıdır

İdman Materials 20 Avqust 2025 19:00 (UTC +04:00)
"Yuventus"un futbolçusu İngiltərəyə qayıdır

Bakı. Trend:

"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luis İngiltərə Premyer Liqasına qayıdacaq.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "Nottingem Forest" braziliyalı futbolçunun keçidini həll edib.

Premyer Liqa təmsilçisi 27 yaşlı orta xətt oyunçusu üçün İtaliya klubuna 30 milyon avro təzminat ödəyəcək.

Təcrübəli futbolçu İngiltərəyə gedib tibbi müayinədən keçdikdən sonra "Nottingem Forest"lə müqavilə imzalayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti