...

Qadın güləşçimiz dünya çempionatında finala vəsiqə qazanıb

İdman Materials 20 Avqust 2025 21:32 (UTC +04:00)
Qadın güləşçimiz dünya çempionatında finala vəsiqə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Trend-in məlumatına görə, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Büşra Efeyə tam üstünlüklə qalib gəlib.

R. Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş avqustun 21-də keçiriləcək.

Qeyd edək ki, Günay Qurbanova (59 kiloqram) isə bu gün bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqi sınağa çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti