Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında "HƏMAS" hərəkatının son dayaqların məhv edilməsi və hərəkatın məğlub edilməsi müddətinin azaldılmasını əmr edib.
Trend-in məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti bildirib.
"Qəzza şəhərinə qoşun yeritmək planlarından əvvəl baş nazir terrorçuların son qalalarını mümkün qədər tez məhv etmək və HƏMAS-ın yekun məğlubiyyətinə nail olmaq üçün əməliyyatın müddətini azadılmasını əmr edib", - deyə bildirilib.