...

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

İdman Materials 20 Avqust 2025 23:46 (UTC +04:00)
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, yarışın dördüncü günündə qadın güləşində ilk medal əldə edilib.

Günay Qurbanova (59 kiloqram) bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqlə üz-üzə gəlib. İlk hissədə qazanılan xallar həlledici olub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Günay dünya üçüncüsü olub.

Beləliklə, dünya çempionatında medallarımızın sayı 4-ə çatıb. Xatırladaq ki, öncəki günlərdə 3 sərbəst güləşçimiz bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti