Bakı. Trend:
ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi Vaşinqtonun NATO müttəfiqlərinə məlumat verib ki, Amerika tərəfi Ukraynaya hər hansı bir təhlükəsizlik zəmanətinin verilməsində minimal rol oynayacaq.
Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Kolbi avqustun 19-u kiçik bir müttəfiq qrupuna ABŞ-nin Ukrayna üçün istənilən təhlükəsizlik zəmanətinin təmin edilməsində minimal rol oynamağı planlaşdırdığını bildirib.
Bildirilib ki, bu, “Avropanın Kiyevdə davamlı sülhün qorunması yükünü öz üzərinə götürməli olacağına dair ən aydın siqnallardan biri” oldu.