...

Piyadalar magistral yolda yolu haradan keçməlidirlər? – BDYPİ açıqladı

Cəmiyyət Materials 21 Avqust 2025 10:48 (UTC +04:00)
Piyadalar magistral yolda yolu haradan keçməlidirlər? – BDYPİ açıqladı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin maarifləndirici “1 sual – 1 cavab” rubrikası hərəkət iştirakçılarının ən çox maraqlandığı məsələləri işıqlandırmağa davam edir. Rubrikada bu dəfə magistral yollarda piyadaların hərəkəti mövzusu gündəmə gətirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Məlumdur ki, magistral yollar sürət rejiminin yüksək olduğu, intensiv hərəkətin müşahidə edildiyi ərazilərdir. Belə yollarda piyadaların qaydalara uyğun davranışı həm onların özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır.

Rubrikada məhz bu mövzuya toxunularaq “Piyadalar magistral yolda yolu haradan keçməlidirlər?” sualına rəsmi izah verilib.

Layihənin məqsədi hərəkət iştirakçılarının gündəlik həyatda üzləşdiyi suallara sadə və aydın cavablar təqdim etməklə onların yol hərəkəti qaydaları barədə biliklərini artırmaqdır"-məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti