...

Prezident İlham Əliyev Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 21 Avqust 2025 10:12 (UTC +04:00)
Prezident İlham Əliyev Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

Trend xəbər verir ki, yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.

Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.

Xəbər lenti

Xəbər lenti