...

Prezident İlham Əliyev: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Siyasət Materials 21 Avqust 2025 12:40 (UTC +04:00)
Prezident İlham Əliyev: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-dək bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə söyləyib.

“Həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları - bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti