Bakı. Trend:
ABŞ ilə daha sıx əlaqələr Azərbaycan üçün məntiqli addımdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Deutsche Welle-yə müsahibəsində deyib.
“Bizim məqsədimiz müstəqil olmaqdır. Biz Qərbin marionetası olmaq üçün Rusiyadan ayrılmaq istəmirik”, - o qeyd edib.
Onun sözlərinə görə, indiki geosiyasi şəraitdə Azərbaycan həm Mərkəzi Asiya, həm də Türkiyə ilə yeni ittifaqlar qurur.
"Rusiya digər sahələrlə məşğuldur. Bizim digər ölkələrlə diplomatik əlaqələri gücləndirmək üçün daha çox imkanlarımız var - o cümlədən Qarabağdakı uğurlarımız sayəsində", - deputat əlavə edib.